Bu gün

Azərbaycan Universitetləri dünya reytinqində irəliləyiblər

Sumqayıt Dövlət Universiteti “Quacquarelli Symonds” (QS) Dünya Universitetləri Reytinqi 2027-də 1001–1200-cü pillədəki mövqeyini qoruyub.

Təhlil.az xəbər verir ki, bu barədə məlumat “Quacquarelli Symonds” (QS) hesabatında qeyd edilib.

SDU Azərbaycanın regional universitetləri arasında QS reytinqinə daxil olan yeganə ali təhsil mərkəzidir.

Nəticələrə əsasən, ölkə tarixində ilk dəfə 3 universitetimiz sözügedən reytinqin TOP 800-lüyündə yer alıb. Eyni zamanda TOP 1000-də təmsil olunan universitetlərimizin sayı 6-dan 7-yə yüksəlib. Ümumilikdə isə reytinqdə yer alan Azərbaycan universitetlərinin sayı 10-a çatıb.

Bakı Dövlət Universiteti 123 pillə irəliləyərək dünyada 565-ci yerdə qərarlaşıb. Azərbaycan Dövlət İqtisad Universiteti 801–850 aralığından 634-cü yerə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 851–900 aralığından 711–720 aralığınadək yüksəlib.