11 iyun

Ermənistanda baş verən zəlzələ Naxçıvanda da hiss olundu

Heydərabad stansiyasından 14 km şimal-şərqdə, Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Təhlil.az xəbər verir ki, bununla bağlı bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 09:57-də qeydə alınan zəlzələnin maqnitudası 3,2 təşkil edib.

Yeraltı təkanların ocağı 3 kilometr dərinlikdə yerləşib.

Qeyd olunub ki, zəlzələ Naxçıvanın Heydərabad rayonunda 3 bala qədər hiss olunub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?