10 iyun
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək

Rəsmi Tokio Azərbaycanın turizmin təşviqi, iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli qaydada vizasız rejim tətbiq etmək qərarını alqışlayıb.
Təhlil.az xəbər verir ki, bu barədə XİN-in Azərbaycan və Yaponiya xarici işlər nazirlərinin görüşünə dair məlumatında bildirilib.
Tərəflər vətəndaşlarının qarşılıqlı səyahətlərini asanlaşdırmağa davam edəcəklərini təsdiqləyiblər.
Dünən