10 iyun
Qatarla Tbilisiyə səyahət etmək istəyənlər üçün şad xəbər

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq.
Təhlil.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məlumat yayıb.
Bildirilib ki, yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək.
Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqindən əldə etmək mümükündür.
Dünən