08 iyun

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

8 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.

Təhlil.az xəbərə verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan Respublikasının, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirakı və çıxışı, habelə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?