22 may

Bitkoin tarix yazdı: 110 min dolları ötdü

Kriptovalyuta bazarının flaqmanı sayılan bitkoin yeni zirvəyə çatıb – qiyməti 110 000 dolları keçərək bütün zamanların rekordunu qırıb.

Təhlil.az xəbər verir ki, bitkoinin qiyməti Bakı vaxtı ilə saat 03:27-də 110 min dollar həddini keçib və bu artım təxminən +3,65% təşkil edib.

Lakin bazardakı dəyişkənlik uzun çəkməyib – 03:40-da qiymət bir qədər geri çəkilərək 109 600 dollar səviyyəsində (+2,59%) qərarlaşıb.

Ekspertlər hesab edirlər ki, bu növbəti artım dalğası institusional investorların marağının artması və ETF-lərlə bağlı müsbət xəbərlərlə əlaqədardır. Bitkoinin bu yüksəlişi kriptobazarın yeni bir fəallıq mərhələsinə qədəm qoyduğunu göstərir.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?