01 iyun

Rubionun köməkçisi Azərbaycana səfərə gəlib

ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçi katibi Kaleb Orr Azərbaycanda səfərdədir.

Təhlil.az xəbər verir ki, onun səfər çərçivəsində ABŞ rəsmisinin iyunun 1-2-də Bakıda keçirilən Bakı Enerji Həftəsində iştirak edəcəyi gözlənilir.

Həmçinin səfər zamanı ilk Azərbaycan–ABŞ İqtisadi Dialoqunun keçirilməsi nəzərdə tutulur.

Kaleb Orrun səfəri Azərbaycan ilə ABŞ arasında iqtisadi və enerji sahələrində tərəfdaşlığın müzakirəsi və yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi baxımından əhəmiyyət daşıyır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?