04 may

Qaraheybət təlim mərkəzində bədbəxt hadisə

Qaraheybət təlim mərkəzində bədbəxt hadisə baş verib.

Təhlil.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən  verilən məlumata əsasən, kursant M.Rüstəmov sursatla ehtiyatsız davranması nəticəsində vəfat edib.

Faktla bağlı müvafiq araşdırmalar aparılır.